Nyu-York ştatı silah saxlama qaydalarını sərtləşdirdi

   Nyu-York ştatı silah saxlama qaydalarını sərtləşdirdi
  02 İyul 2022    Oxunub:1639
Nyu York ştatının qubernatorunun mətbuat xidməti bildirib ki, ştat hökuməti silah saxlama qaydalarını sərtləşdirib.
“Qubernator Keti Hokul Nyu-Yorkun silahlar və silahın gizli daşınması ilə bağlı məhdudiyyətləri sərtləşdirmək üçün əlamətdar qanunu imzalayıb”, - bəyanatda deyilir. Nəşr qeyd edir ki, Nyu-York ştatının yeni qanunu ictimai yerlərdə silahın gizli daşınmasını məhdudlaşdırır, və eyni zamanda xüsusi mülkiyyətdə yaşayanların silah saxlamaq üçün onun sahiblərindən icazə alması şərti qoyur.

AzVision.az


Teqlər:





Xəbər lenti