"Ukraynadan taxıl ixrac etməyə hazır 20 gəmi var" - Ərdoğan

   "Ukraynadan taxıl ixrac etməyə hazır 20 gəmi var" -    Ərdoğan
  30 İyun 2022    Oxunub:1802
Türkiyə Ukraynadan taxıl ixracı üçün dəhlizlərin açılması istiqamətində diplomatik səylərini davam etdirir, artıq regionda bu missiyanı yerinə yetirməyə hazır olan 20-yə yaxın gəmi var.
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madriddə keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

Putin və Zelenski ilə telefon diplomatiyasını davam etdirəcəyini deyən Ərdoğan yol xəritəsinin icrasına başlanıldığını qeyd edib:
"Biz bu dəhlizi mümkün qədər tez işə salmağa çalışacağıq. Bizim regionda Ukraynadan taxıl çıxarmağa hazır olan 20-yə yaxın gəmimiz var. Biz məhsulların boşaldılmasını və üçüncü ölkələrə çatdırılmasını təmin etməyə davam edəcəyik”, - deyə Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, o, Ukrayna prezidenti və Rusiya prezidenti ilə növbəti telefon danışıqlarını bu həftənin sonunda və ya gələn həftənin əvvəlində etmək niyyətindədir.

AzVision.az

Teqlər:







Xəbər lenti