Bakıda binada yanğın: 10 nəfər təxliyə edildi

   Bakıda binada yanğın:    10 nəfər təxliyə edildi
  29 İyun 2022    Oxunub:1439
Bakıda yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az -a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin mətbəxində 1 ədəd elektrik sobası, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qaz sobası və mebel 1 p.m yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az



Teqlər: FHN  





Xəbər lenti