“Reuters”: "Ruslar Britaniyada nə əmlak sata, nə də ala bilirlər"

     “Reuters”:    "Ruslar Britaniyada nə əmlak sata, nə də ala bilirlər"
  29 İyun 2022    Oxunub:1474
Böyük Britaniya müharibə başlayandan bəri özünü Ukraynanın bəlkə də ən böyük dəstəkçisi kimi göstərib. Məsələn, fevral ayında ölkə varlı investorlar üçün nəzərdə tutulan “qızıl viza”ları ləğv edib, may ayında isə iqtisadi cinayətlərə dair yeni qanun layihəsinin planlarını açıqlayıb. Onun məqsədi Böyük Britaniyada əmlak sahiblərini müəyyən etmək və qeyri-qanuni maliyyələşdirmə ilə mübarizə aparmaqdır.
Bu barədə “Reuters” məlumat yayıb. Bildirilib ki, yerli rieltorlar vəziyyətlə əlaqədar olaraq Londonda Rusiya daşınmaz əmlakının endirimli qiymətlərlə kütləvi satışının başlayacağını gözləyirdilər. Lakin vəziyyət əksinədir. 5 milyon funt sterlinq dəyərində daşınmaz əmlak üzrə ixtisaslaşmış agentliklərdən birinin direktoru Henri Şervudun sözlərinə görə, bütün tərəflər xeyli ehtiyatlı davranıblar.

Qeyd olunub ki, Britaniyada çoxları ruslarla və sanksiyaya məruz qalan daşınmaz əmlakla heç bir əlaqə qurmaq istəmir: "Eyni zamanda, rusların özləri Britaniyada nə əmlak alıb, nə də sata bilirlər. Problemlər hətta sövdələşməyə kömək etməyə hazır olan vəkil tapmaq mərhələsində də yaranır. İcarəçilər də əziyyət çəkir. Belə ki, sanksiyalara görə pul köçürməkdə çətinlik mövcuddur".

AzVision.az


Teqlər:





Xəbər lenti