"Azərkosmos"da su ehtiyatları qiymətləndirilib

"Azərkosmos"da su ehtiyatları qiymətləndirilib
  28 İyun 2022    Oxunub:1052
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdə ("Azərkosmos") ”Virtual Azerbaijan Group of Companies”in təşəbbüsü ilə Fransanın “BRL Ingénierie” şirkəti ilə su ehtiyatlarının qiymətləndirilməsinə dair görüş keçirilib.
Bu barədə AzVision.az -a qurumdan məlumat verilib. “BRL Ingénierie” su, ətraf mühit və torpaqdan istifadənin regional idarə olunması ilə sahələrində ixtisaslaşmış və mühəndislik xidmətləri təklif edən beynəlxalq konsaltinq şirkətidir. Görüş Azərbaycanda su ehtiyatları, yeraltı və yerüstü suların təyini və qiymətləndirilməsində müasir texnologiyaların istifadəsinə həsr olunub.

Görüşdə "Azersky" peykinin təsvirlərindən istifadə etməklə ənənəvi üsullardan fərqli olaraq ölkəmizdə su ehtiyatlarının səmərəli metodlar vasitəsilə kompleks qiymətləndirilməsi üzrə təkliflər səsləndirilib.

"Azersky" peyk təsvirlərindən, müasir analiz və monitorinq alətlərindən istifadə etməklə su ehtiyatlarının yerini 80-95 % dəqiqliklə təyin etmək mümkündür. Bu da öz növbəsində su ehtiyatları və onların səmərəli istifadəsi imkanlarını yaradır.

AzVision.az


Teqlər:





Xəbər lenti