Ukraynada atışma: ölənlər var - YENİLƏNİB

Ukraynada atışma: ölənlər var - YENİLƏNİB
  24 Aprel 2014    Oxunub:1030
Ukrayna ordusu rusmeylliləri sıxışdırıb.
Slavyanskda Ukrayna ordusunun hərbiçiləri ilə ölkənin federallaşmasını istəyən özünümüdafiə dəstələri arasında silahlı qarşıdurma baş verib. Anti-terror əməliyyatları çərçivəsində Slavyanska hücum edən hökumət qüvvələri federallaşma tərəfdarlarının ələ keçirdiyi blokspostlardan birinə nəzarəti bərpa ediblər.

Şahidlərin sözlərinə görə, 8 PDM və BTR-lərlə şəhərə daxil olan hökumət qüvvələri atəş açmağa başlayandan sonra, özünümüdafiə dəstələri geri çəkilməyə məcbur olub. Əsgərlərə mane olmaq üçün onlar əvvəlcədən yığdıqları təkərləri yandırıblar. Hücumda hökumət qüvvələrinin 12 pulemyotçusu da iştirak edib.

Hazırda Ukrayna hərbiçiləri nəzarət altına götürdükləri blokpostda şübhəli şəxsləri dindirməklə məşğuldurlar. Şəhərə havadan 3 helikopter nəzarət edir.

Yerli həkimlərin sözlərinə görə, şəhərin mərkəzi xəstəxanasına yaralıların gətirilməsi davam edir.

İlkin məlumatlara görə, azı iki nəfər ölüb. Yaralıların bəzilərinin vəziyyəti ağır olduğundan ölü sayının artacağı istisna edilmir.

Bu arada qeyri- rəsmi məlumatlara görə, Ukraynanın Artyomovsk şəhərinə də hücum təşkil edilib.

Xatırladaq ki, həftənin ikinci günü prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov ölkədə antiterror əməliyyatlarının daha fəal mərhələsinə başlanmasını əmr edib.

Səbinə Həsənova






Teqlər:  





Xəbər lenti