Goranboyda iki erkən nikahın qarşısı alınıb

 Goranboyda  iki erkən nikahın qarşısı alınıb
  25 İyun 2022    Oxunub:624
Ailə, Qadın və Uşaq hüquqları üzrə Dövlət Komitəsi növbəti dəfə iki erkən nikahın qarşısını alıb.
AzVision.az xəbər verir ki, Goranboy rayonunda 15 və 16 yaşlı yeniyetmə qızların ailəsi tərəfindən ərə verilməsi faktı aşkarlanıb.

Faktla bağlı Goranboy rayon İcra Hakimiyyətinə və Polis Şöbəsinə məlumat verilib.

Komitə əməkdaşları aidiyyəti qurumlarla birlikdə ailələrə səfər edib.

Məlum olub ki, hələ toyun nə olduğunu tam dərk etməyən 15 yaşlı uşağı ailəsi evləndirməyə hazırlaşırmış.

“Qeyd edək ki, bu gün xına mərasiminə hazırlaşan ailə 27 iyulda toy edəcəkmiş.

İkinci erkən nikah da elə həmin rayonun digər bir kəndində baş tutacaqmış. Dövlət Komitəsinə daxil olan zəng əsasında rayon İH əməkdaşları ilə birlikdə ailəyə səfər edən qurum rəsmləri toya hazırlıq işlərinin aparıldığının şahidi olublar. Dərhal azyaşlının özü və ailəsi ilə fərdi söhbət aparılıb və toyun qarşı alınıb. Ailələr diqqətdə saxlanılır”, -məlumatda bildirilir.

AzVision.az

Teqlər: Goranboy   Erkən-Nikah  







Xəbər lenti