Donetskdə hərbi hissəyə hücum olub
Nazirlik bildirib ki, təxminən 100 nəfərdən ibarət qrup silah anbarını ələ keçirmək məqsədilə hərbi hissəyə hücum edib. Hərbçilər onlara müqavimət göstərib. İlkin məlumatlara görə, yaralılar var.
“Bu gün, aprelin 24-də təxminən 01:50 radələrində (Bakı vaxtılə 03:50) təxminən 100 nəfərdən ibarət qrup Donetsk vilayətinin Artemivsk şəhərindəki hərbi hissəyə hücum edib. Hücum edən şəxslər avtomat silahlardan, əl qumbaralarından istifadə ediblər. Hücumun dəf edilməsi zamanı müqavilə əsasında qulluq edən hərbçi yaralanıb”. – deyə, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Eldar
AzVision.az
Teqlər: