“Ermənistanla münasibətlər normallaşa bilməz” - Ərdoğan
AzVision.az xəbər verir ki, baş nazir Ərdoğan Ermənistan-Türkiyə münasibətlərindən danışarkən, bildirib ki, Qarabağ münaqişəsi həll olunmadan münasibətlər normallaşa bilməz.
Jurnalistlərin “Ermənistanla diplomatik münasibətlərin qurulması sərhəd qapılarının açılması ola bilər?" sualına cavabında Ərdoğan bildirib ki, Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından söhbət belə gedə bilməz.
“Bəzi şərtlər var. Dağlıq Qarabağ məsələsi bizim üçün əsasdır. Bu münaqişə həll olmadan iqtidarımız razılığığa gələ bilməz. Çünki bu hadisədə ciddi haqsızlıq var. Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir".