Ukrayna ordusunda qiyamlar başlayıb – VİDEO

  24 Aprel 2014    Oxunub : 516
Ukrayna ordusunda qiyamlar başlayıb – VİDEO
Ukrayna Müdafiə Nazirliyi isə qiyamların təlim olduğunu bildirir
AzVision.az rus mətbuatına istinadla xəbər verir ki, Dnepetrovsk vilayətidə ehtiyatda olan hərbiçilər qiyam qaldırıb. Saxlanma çəraitinə etiraz əlaməti olaraq hərbiçilər aclıq aksiyasına başlayıblar.

İnternetdə 93-cü Xarkov bölüyünün qiyamını göstərən video yayılıb. Etriazçı əsgərlər əmrə tabe olmaqdan imtina edirlər. Onlar öz xalqının nümayəndələrinə atəş açmayacaqlarını bəyan ediblər.

Məlum olduğu kimi Ukraynada səfərbərlik elan olunub. Minlərlə Ukraynalı evindən, işindən ayrılaraq orduya qoşulub.

Əsgərlər 10 günlük səfərbərlik elan olunduğu halda, artıq 40 gündür məcburən saxlandıqlarından, bununla yanaşı qida və içməli su çatışmazlığından sikayətçidirlər. Onlar həm də əvvəlki iş yerlərindən də qovulduqlarını deyirlər.

Qiyamın yatırılmasına bir qrup maskalı əsgərlər cəlb olunub. Onlar etirazçı əsgərləri hər tərəfdən mühasirəyə alıb, qaçmalarına əngəl olmağa çalışıblar.

Hərbi hissənin zabitləri qiyamçı əsgərləri qorxutmaq üçün atəş açıblar.

Hadisə ilə bağlı video internetdə yayılandan sonra Ukrayna Müdafiə Nazirliyi açıqlama verməli olub.

Müdafiə Nazirliyinin Regional Mərkəzinin mətbuat xidmətinin bəyanatı istehza ilə qarşılanıb. Bildirilib ki, heç bir qiyam olmayıb, əsgərlərin qohumları Pasxanı qeyd etməyə gələrkən özləri ilə onlara spirtli içki də gətiriblər. “Bir neçə içkili şəxsin arasında dava düşüb. Əsgərlərdən biri yerə atəş açıb. Xoşbəxtlikdən yaralanan yoxdur. Hazırda araşdırma aparılır ” – deyə mətbuat xidmətindən bildirilib.

Videoda isə atəş açanın zabit olduğu görünür. Zabitlər əsgərləri qaçmaq istədikləri halda atəş açacaqları ilə hədələyiblər.

Daha sonra isə mətbuat xidməti birinci verdiyi açıqlamaya düzəliş edərək, baş verənlərin əslində təlim olduğunu və əsgərlərin qiyam variantını yerinə yetirdiklərini bildirib.

Bu isə ehtiyat əsgərlər və qohumları tərəfindən istehza ilə qarşılanıb. Onların hökumət əleyhinə rusmeylli federallaşma tərəfdarlarına qoşulacaqları da istisna edilmir.





Səbinə Həsənova

Teqlər: