Kanada Ukraynaya 500 müşahidəçi göndərir

Kanada Ukraynaya  500 müşahidəçi göndərir
  24 Aprel 2014    Oxunub:990
Müşahidəçilər prezident seçkilərini izləyəcəklər.
Kanada hökumətinin Ukraynada növbədənkənar prezident seçkilərini izləmək üçün göndərdiyi 5 yüzə yaxın müşahidəçinin bir hissəsi, 338 nəfəri regionlarda, 162 nəfəri isə ATƏT qrupunun tərkibində fəaliyyət göstərəcək.

Bu barədə Şimali Amerika ölkəsinin baş naziri Stiven Harper məlumat verib. Onun fikrincə, ölkəsi bu yolla Ukraynada demokratiyanın bərpa olunmasına kömək edəcək.

Qeyd edək ki, Ukraynada növbədənkənar prezident seçkiləri may ayının 25-nə planlaşdırılıb.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti