İran Azərbaycandan yatırım gözləyir

İran Azərbaycandan yatırım gözləyir
  24 Aprel 2014    Oxunub:1073
Azərbaycanlı investorlar Azərbaycan-İran qarşılıqlı münasibətlərinin bütün sahələrdə daha da inkişaf etməsi üçün bu ölkəyə sərmayə qoymağa maraq göstərirlər.
Bu sözləri Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov “Tasnim” xəbər agentliyinə müsahibəsində deyib.

İranın Ərdəbil vilayətinə səfərində C. Axundov bölgənin turizm imkanlarının, mədən ərazilərinə, iqtisadi və sənaye potensialına malik olmasının azərbaycanlı iş adamları üçün cəlbedici investisiya bazarı ola biləcəyini vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərini xatırladan səfir, bu səfərin iki ölkə arasındakı münasibətlərdə yeni bir səhifə açdığını bildirib.

Azərbaycanlı diplomat səfər zamanı Ərdəbil vilayətinin Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Bildirilib ki, qeyri-neft sektorunda iki ölkə arasındakı ticarətin həcmi 500 milyon ABŞ dolları təşkil edir və özəl sektorda da ticarət əlaqələri sürətlə inkişaf edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti