Kerri yenə Rusiyanı hədələdi

Kerri yenə Rusiyanı hədələdi
  23 Aprel 2014    Oxunub:1140
Kerri, Ukraynada gərginlik davam edəcəyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacağını bildirib.
Rusiya Cenevrə danışıqlarında verdiyi vədə əməl etməzsə, Ukraynada gərginlik azalmazsa rəsmi Vaşinqton Moskvaya qarşı əlavə sanksiyalar tətbiq edəcək. ABŞ dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Serqey Lavrovla telefon söhbəti zamanı belə deyib. Bununla yanaşı Kerri, Rusiyanı “gərginliyə səbəb olan təxribat xarakterli bəyanatlar səsləndirməkdən çəkinməyə, Ukrayna şərqindəki problemin diplomatik yollarla həllini axtarmağa və administrativ binaları zəbt edənləri geri çəkilməyə və silahı yerə qoymağa səsləməyə” çağırıb.

Qeyd edək ki, tərəflər arasında telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. Xarici siyasət rəhbərləri sözügedən problemlərlə bağlı müntəzəm əlaqə saxlamaq barədə şərtləşiblər.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti