Dayısı Saakaşvili üçün kitabxana açdı

Dayısı Saakaşvili üçün kitabxana açdı
  23 Aprel 2014    Oxunub:1386
Gürcüstan paytaxtında Mixail Saakaşvilinin prezident kitabxanası açılıb. İlk Prezident kitabxanasını ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin dayısı Temur Alasania inşa etdirib bacısı oğluna verib. Burada hələlik 3 minədək müxtəlif məzmunlu kitablar toplandığı və onun əksəriyyətinin M. Saakaşviliyə məxsus olduğu qeyd edilib.

Kitabxananın qəyyumlar şurasına sabiq prezident administrasiyasının rəhbəri Andro Barnov rəhbərlik edir və o, yaxın vaxtlarda kitabların sayının 20 minə çatdırılacağını bildirib.

Kitabxananın açılış mərasimində eks-prezident M. Saakaşvili iştirak edə bilməsə də, həyat yoldaşı Sandra Rulovs və anası Giuli Alasania iştirak ediblər.


Teqlər:  





Xəbər lenti