Bəşər Əsəd prezident seçkilərinə qatıla bilər
Hakim partiyanı təmsil edən deputatlardan biri üsyançıların idarə etdiyi ərazilərdə səsvermə keçirilməyəcəyini bildirsə də, bu barədə hələ ki, rəsmi bəyanat olmayıb.
ABŞ Bəşər Əsədin guman ediləcək bu addımını "demokratiya parodiyası" adlandırıb. BMT baş katibi Pan Gi Mun isə deyib ki, onun bu addımı üç ildir davam edən vətəndaş müharibəsinə son qoymaq səylərini çökdürə bilər.
Müxalifət lideri Ahmad Alqusair Bəşər Əsədi suriyalıların qanı ilə seçkilər keçirməkdə ittiham edib və seçkilərdə ancaq prezidentin tərəfdarlarının səs verəcəyini deyib.
Bu gündən namizədlik üçün qeydiyyat prosesinə start verilir. Hökümətin yeni seçki qanununa görə prezidentliyə bütün namizədlər son 10 il ərzində Suriyada yaşayanlar olmalıdırlar. Bununla da ölkəni tərk etməli olan əksər müxalifət liderləri seçkilərdə iştirak edə bilməyəcək. /ANS/
Teqlər: