Ukraynaya 20 milyon dollar ayrılacaq

Ukraynaya 20 milyon dollar ayrılacaq
  22 Aprel 2014    Oxunub:1137
Baydenin Kiyevə səfəri davam edir.
Ukraynada təhlükəsizliyin təmin edilməsi ilə bağlı ABŞ tərəfindən ayrılan vəsaitin həcmi ümumilikdə 20 milyon dollara çatdırılacaq. AzVision.az-ın məlumatına görə, bu barədə ABŞ-ın vitse-prezidenti Cozef Bayden Kiyevdə keçirilən mətbuat konfransında bildirilib.

“Biz Ukrayna təhlükəsizlik xidmətlərinə kömək göstərəcəyik. Biz kommunikasiya avadanlıqları, partlayıcı materialların aşkarlanması üçün avadanlıqları, nəqliyyat və mühəndis avadanlıqları təqdim edəcəyik. Beləliklə, bizim Ukraynanın təhlükəsizliyin təmin edilməsi məqsədilə bizim maliyyə dəstəyimiz 20 milyon dollara çatacaq”. – Bayden bildirib.

Eldar
AzVision.az



Teqlər:





Xəbər lenti