Kliçko Baydendən Rusiyaya qarşı yeni sanksiyalar tələb edir

Kliçko Baydendən Rusiyaya qarşı yeni sanksiyalar tələb edir
  22 Aprel 2014    Oxunub:1523
UDAR partiyasının lideri Vitali Kliçko ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşüb.
AzVision.az Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, görüş zamanı Kliçko Rusiyaya qarşı ABŞ və Avropanın Rusiyaya qarşı yeni, daha sərt sanksiyaların qəbul edilməsini istəyib.

“Qərb dərhal sərt sanksiyalar qəbul etməlidir. Sanksiyalar iqtisadiyyatın bütün sahələrini əhatə etməli və həqiqətən də sarsıdıcı olmalıdır”. – deyə, Kliçko bildirib.

UDAR lideri partiyasının ölkənin şərqindəki anti-terror əməliyyatını dəstəklədiyini bildirib. O, həmçinin ABŞ-ın Ukraynaya hərbi və hərbi-texniki sahədə köməyinin əhəmiyyətini vurğulayıb.

Eldar
AzVision.az



Teqlər:





Xəbər lenti