Kipr yenidən birləşə bilər
Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Əroğlu birləşmədiklərinə görə yunan tərəfini günahlandırmadıqlarını bildirib. Onun söylədiyinə görə 46 ildir belə ittihamlardan daha çox türk tərəfi ziyan çəkir.
Şimali Kipr lideri 50 ilə yaxın davam edən müzakirələri bu ilin sonunda bitirib hər iki tərəfin istəyilə referenduma gedəcəklərinə ümid etdiyi deyib.
Xatırladaq ki, 10 il öncə Kiprdə referendum keçirilib. Türklərin yaşadığı Şimali Kipr birləşməyə hə desə də, yunan tərəfi referendumda yox deyib.
Emin Piri