Adnan Oktarın qızlarından Azərbaycana hörmətsizlik
Azərbaycan mətbuatında yayılan məlumatlara görə, Adnan Oktar adlı şəxsə qarşı İstanbul polisi 12 noyabr 1999-cu ildə genişmiqyaslı əməliyyat həyata keçirib. 50 ünvana birdən təşkil edilən basqınlar nəticəsində Adnan Oktarın başında durduğu şantaj şəbəkəsi çökdürülüb. İstintaqda Adnan Oktar ələ keçirmək istədiyi, küllü miqdarda pul qoparmaq niyyətində olduğu şəxslərə müridləri vasitəsi ilə şantaj həyata keçirdiyini etiraf edib. Oktar polisdəki ifadəsində müridlərə əmr verərək cinsi münasibətdə olarkən gizli video görüntülərini çəkdirdiyi, ya da pornoqrafik görüntülərə foto-montaj edərək mətbuata və yaxınlarına göndərərək şantaja çalışdığı şəxslərin siyahısını açıqlayıb. Bütün bu sadalananlar barədə Türkiyə mediasının arxivlərində küllü miqdarda material var və məqalə də bu materiallar əsasında hazırlanıb. Adnan Hocanın Didem Ürer adlı xanım tərəfdaşı Azərbaycan mətbuatının onların barəsində yazdıqlarını "qara piar" adlandırıb və əlavə edib ki, aparılan kampaniyanı təqib edirlər: "Maləsəf qardaş dediyimiz azərilər bizə bunu yapdılar".(Teleqraf.com)