ABŞ Ukraynaya $5 milyard xərcləyib

ABŞ Ukraynaya $5 milyard xərcləyib
  22 Aprel 2014    Oxunub:1479
ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nuland etiraf edib ki, Vaşinqton Ukraynada "güclü, demokratik hökumət" qurmaq üçün 1991-ci ildən 5 milyard dollar sərf edib.

CNN-də çıxışı zamanı Nuland jurnalistin sualına cavabında bildirib ki, "Biz, əlbəttə ki, Maydan üçün pul xərcləmədik. Bu təbii hərəkət idi".

Bundan başqa, o, bildirib ki, Kiyevdə baş verənləri ölkənin cənub-şərqindəki hadisələrlə müqayisə etmək olmaz. Belə ki, Kiyevdə binaların tutulması `qanuni idi`: `Onlar sadəcə, qanuni sahiblərindən icarəyə götürülüblər`.

AzVision.az



Teqlər:  





Xəbər lenti