Erməni miqrantlar Rusiya vətəndaşı olmaq istəyəcək

Erməni miqrantlar Rusiya vətəndaşı olmaq istəyəcək
  22 Aprel 2014    Oxunub:1399
Ermənistandan olan əmək miqrantlarının çoxu Rusiya vətəndaşlığı almaq üçün sadələşdirilmiş qaydalardan yararlanmaq istəyəcəklər.
Məlumatına görə, bu barədə erməni etnoqraf Hranuş Xaratyan bildirib.

Onun sözlərinə görə, Ermənistan vətəndaşı olsalar da, faktiki olaraq Rusiyada yaşayan çox sayda əmək miqrantı var və onlar bu ölkədə yaşamalarını qanuniləşdirəcəklər. Xaratyanın fikrincə, rus dilini bilmə səviyyəsinə tələblər elə də sərt olmaya bilər.

Erməni etnoqraf bildirir ki, qanunun son məqsədi kənarda yaşayan rusların Rusiyaya cəlb edilməsi olsa da, Moskva öz ölkəsinə müəyyən səviyyədə savada malik keçmiş sovet vətəndaşlarının gəlməsinə də mane olmayacaq. /ANS


Teqlər:





Xəbər lenti