Latviyanın ilk qadın prezidenti Bakıya gəlir

Latviyanın ilk qadın prezidenti Bakıya gəlir
  21 Aprel 2014    Oxunub:1043
Latviyanın sabiq prezidenti Vike-Frayberqanın sabahdan Bakıya səfəri başlayır
AzVision.az xəbər verir ki, Latviyanın sabiq və ilk qadın ölkə başçısı (1997-2007), Madrid Klubunun prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike-Frayberqa sabahdan Azərbaycana səfəri başlayır. Vayra Vike-Frayberqa təxminən bir həftə ərzində Bakıda olub, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil edəcəyi layihələrə qatılacaq.

Qeyd edək ki, aprelin 27-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VI Beynəlxalq İdarə Heyətinin toplantısı və I Baş Assambleyası keçiriləcək. Növbəti iki gün ərzində - aprelin 28-29-da isə II Qlobal Müştərək Cəmiyyətlər Forumu baş tutacaq.
II Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun təşkilatçılığı, Dünya Elm və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilir.
Nüfuzlu ictimai, siyasi xadimlərin, elm adamlarının qatılacağı Forumda 45 ölkənin sabiq rəhbəri iştirak edəcək. Forumda əsasən açıq cəmiyyətlərin əhatə əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli, davamlı inkişaf prosesinin təmin edilməsində idarəetmə kimi mühüm məsələlər müzakirə olunacaq.





Teqlər:





Xəbər lenti