Əziz Sancar "TEKNOFEST Azərbaycan"da gənclərə səsləndi

 Əziz Sancar "TEKNOFEST Azərbaycan"da gənclərə səsləndi
  28 May 2022    Oxunub:408
Bu gün türk dünyasında ilk cümhuriyyətinin qurulmasının 104 illiyidir. Bu gün münasibəti ilə hamınızı təbrik edirəm.
AzVision.az xəbər verir ki, bunu Nobel mükafatı alan türkiyəli alim Əziz Sancar bildirib.O, qeyd edib ki, "TEKNOFEST Azərbaycan"da iştirak etdiyinə görə çox xoşbəxtdir.

Sancar gənclərə öz məqsədlərinə çatmaq üçün əzmlə çalışmağa çağırıb: "Gördüyünüz işlərə qarşı hisslərinizin ölməyinə icazə verməyin. Fatih Sultan Mehmetin İstanbulu fəth edərkən "ya mən səni alacam, ya sən" dediyi kimi dayanmadan çalışın. Vətəninizi sevməkdən heç zaman vaz keçməyin. Mənim üçün ən önəmli şeylərdən biri Türk dünyasının inkişafı və türk gənclərinin elmdə ən ön sıralarda yer almasıdır".

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti