Ermənilər Paşinyanın peykini lağa qoydular - FOTOLAR

 Ermənilər Paşinyanın peykini lağa qoydular -    FOTOLAR
  26 May 2022    Oxunub:1606
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı bəyan edib ki, dünən ilk erməni peyki orbitə buraxılıb. Paşinyan qeyd edib ki, 2023-cü ilin sonuna kimi ölkəsində peyk idarəetmə mərkəzi və qəbuledici stansiya yaradılacaq.
Paşinyanın yalanı üzə çıxdı: Media erməni peykini tapa bilmir
AzVision.az xəbər verir ki, onun ciddi nailiyyət kimi təqdim etdiyi bu peyk xəbərindən sonra sosial şəbəkələrin erməni seqmenti xüsusi fotokollajlarla "bəzənib". Müxalif saytlar insanların hökumətə və ümumiyyətlə siyasətçilərə belə acı gülüşlə yanaşmasını təbii hal kimi qiymətləndirib. Saytlar yazırlar ki, Azərbaycanın 2013-cü ildə nail olduğu bir uğuru 2022-ci ildə bəh-bəhlə təqdim etmək sonda belə yumorla nəticələnməli idi.




Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Peyk  





Xəbər lenti