Roma papası Ukrayna üçün dua elədi

Roma papası Ukrayna üçün dua elədi
  21 Aprel 2014    Oxunub:1453
Roma papası I Fransisk bu gün Vatikanda Müqəddəs Pyotr meydanında Pasxa ayini keçirərək bütün dünya katoliklərinin bayramını təbrik edib.
AzVision.az.az Milli.az-a istinadən xəbər verir ki, Müqəddəs Pyotr kilsəsinin qarşısındakı meydan Hollandiyadan gətirilmiş minlərlə zanbaq, nərgiz, suzanbağı, azaliya və qərənfillə bəzənib. Çiçəkli bəzəyin rəngləri isə Vatikanın dövlət bayrağını xatırladıb - ağ və sarı.

Günorta vaxtı I Fransisk Müqəddəs Pyotr kilsəsinin eyvanına çıxaraq ənənəvi Urbi et Orbi ("şəhərə və dünyaya") xeyir-duasını və pasxa təbrikini çatdırıb. Papa İsa Məsihdən "bütün - xırda və böyük, təzə və köhnə - müharibələri dayandırmasını" istəyib.

Həmçinin o, Ukraynadakı hadisələrə də diqqət yetirib və İsadan "Ukraynadakı sülhyönümlü təşəbbüslləri ruhlandırmağı təvvəqqe edib ki, dünyanın köməkliyi ilə maraqlı tərəflər zorakılığın qarışısını ala və ölkələrinin gələcəyini qura bilsinlər".

Papa Qvineya, Syerra-Leone və Liberiyada Ebola qızdırmasından əziyyət çəkənləri də yada salıb. Sonra Fransisk Suriyada sülhə səsləyib: "Qoy dinc əhaliyə qarşı bir daha silahlar işlədilməsin, müharibə edənlər isə özlərində qüvvə taparaq nəhayət dialoqa gəlsinlər".

Fələstin və İsrail münasibətləri də yaddan çıxmayıb. Papa İraqdakı qardaş qırğınını, Mərkəzi Afrika Respublikasında, Cənubi Sudanda və Nigeriyadakı dəhşətli terror aktlarını pisləyib.

Pasxa vəzini Fransisk dünyanın müxtəlif ölkələrində yaşayıb, bir-birilə yeni texnologiyalar və sosial şəbəkələrlə əlaqə quran imanlı insanları təbriklə bitirib.

O, Vatikandakı meydanda toplaşanların, Pasxa vəzini televizor və ya İnternet vasitəsilə izləyənlərin hamısının günahını bağışlayıb.

Vatikanın hesablamalarına görə, bayram ayinində təxminən 150 min insan iştirak edib. İnsanların sayı o qədər çox olub ki, Roma hökuməti Vatikana aparan Via dela Konçiliatsione küçəsini maşınların hərəkətinə bağlayıb, piyadaların istifadəsinə verib.


Teqlər:





Xəbər lenti