Qarabağda rus pasportları paylanacaq
Bu barədə Ermənistan mətbuatı yerli politoloqlar arasında aparılan sorğulardan sonra belə nəticəyə gəlib.
Mətbuat hazırda Qarabağın qorunması üçün yeganə vasitənin Rusiya pasportlarının paylanmasından ibarət olduğunu bildirib: “Rusiya bu yaxınlarda vətəndaşlığın verilməsi haqqında yeni qaydaları təsdiqləyib. Bunun Cavaxetiyaya təsiri qaçılmazdır. Buradakı ermənilər rahat şəkildə rus pasportlarını alacaqlar. Ermənistana gəlincə isə bu vətəndaşlıq burada da paylanacaq. Rusiyaya gedən erməni vətəndaşları rahat şəkildə bu ölkənin vətəndaşlığını alacaqlar.
Nəticədə bir müddətdən sonra ailələrini Rusiya vətəndaşı edə biləcəklər. Ermənistanla bərabər isə vətəndaşlığın Qarabağda da paylanması nəzərdə tutulur. Bu isə Ermənistan üçün ən uğurlu variant olacaq. Çünki Qarabağı qorumağın yeganə variantı da bu olacaq”. / Axar.az