"İşsizliklə bağlı şikayətlər daxil olur" - Deputat
“Mənə əsasən sosial müdafiə ilə bağlı şikayətlər daxil olur. Bu gün ən ciddi məsələ iş yerləri ilə əlaqədardır. Çox böyük işlər görülür. Ancaq Quba, Şəki, Xaçmaz bölgəsinə baxaq və görək işsizlik nə yerdədir. Niyə biz o bölgələrdə sənaye parkları açmırıq? Qubada Azad İqtisadi Zona da yaratmaq olar. Xahiş edirəm ki, həmin bölgələrdə işsizliklə bağlı məsələyə baxıslın”, - parlamentari vurğulayıb.
AzVision.az
Teqlər: