Pakistanda ağır yol qəzası: 27 nəfər ölü

Pakistanda ağır yol qəzası:  27 nəfər ölü
  20 Aprel 2014    Oxunub:956
Pakistanın Sinq əyalətinin Sukkur şəhəri yaxınlığında avtobus və yük maşını toqquşub.
AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 27 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.

Polisin məlumatına görə, hadisə bazar günü səhər saatlarında Sukkur şəhərindən 44 kilometr məsafədə baş verib. Dera-Qazi-Xan şəhərindən Karaçiyə gedən avtobus yük maşınını ötmək istəyərkən onunla toqquşub.

Qəzadan sonra sərnişinlər avtobusda sıxışıb qalıblar. Xilasedicilər şüşələri sındırıb və avtobusun korpusunu kəsib çıxartmalı olublar.

Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıblar.



Teqlər:





Xəbər lenti