Teleskop üçün dağın təpəsini uçuracaqlar

Teleskop üçün dağın təpəsini uçuracaqlar
  20 Aprel 2014    Oxunub:1319
İki həftə ərzində Çilidəki Syerro-Armazones dağının zirvəsini uçuracaqlar.
AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, avropalı alimlər orada Avropanın çox nəhəng teleskopunu quraşdırmaq niyyətindədirlər.

"Dağın zirvəsinin təxminən 25 metrini dağıdıb yayla düzəldəcək, dünyanın ən nəhəng teleskopunu tikəcəyik", - mühəndislər deyiblər. Tədqiqatçıların sözlərinə görə, bu, onlara Günəş sistemindən kənardakı planetləri müşahidə etməyə imkan verəcək.

Tikinti işləri 2014-cü ilin martında başlayıb və təxminən 16 ay sürəcək. Bu müddət ərzində teleskopun gələcək qülləsi üçün yol tikiləcək, dayaq platforması, həmçinin boru və kabellər üçün tranşeyalar hazırlanacaq.

Bir qədər əvvəl alimlər Syerro-Armazonesin təpəsində bir cüt beton platforma və bir neçə paslı boru tapmışdılar. Güman ki, köhnə meteostansiyanın qalıqları idi. Mühəndislər bildirirlər ki, bu, insanların bu quraqlıq, Marsın landşaftını xatırladan yerə marağının birbaşa sübutudur.

Kembric Astronomiya Universitetinin professoru Herri Gilmor bildirir ki, oranın atmosferi çox quru olduğundan əlverişlidir:

"Adətən, digər teleskoplarda su molekulları bütün görünüşü bağlayaraq təsviri korlayır. Sanki dumanda nəyəsə baxırsan. Su yaxınlığında yerləşən teleskoplar üçün bu ən böyük mənfi cəhətdir. Ancaq əgər teleskop tam quru atmosferi olan yerdə tikilsə, Yerin heç bir yerində əldə edə bilməyəcəyiniz təsvirlər ala bilərsiniz. 15 il müddətində biz Avropanın nəhəng teleskopu vasitəsilə yerdən kənar sivilizasiyaları axtarıb tapmalıyıq".

ELT (European Extremely Large Telescope, Avropanın ən nəhəng teleskopu) 1,4 metrlik 798 altıgüşəli seqmentdən ibarət 39,3 m diametrli güzgü ilə təchiz ediləcək. Teleskop günümüzdə mövcud olan ən güclü teleskopdan 15 dəfə daha çox işıq toplaya biləcək. Onun, həmçinin orbital "Habbl" teleskopundan daha detallı təsvirlər alacağı deyilir.



Teqlər:





Xəbər lenti