Rza Zərrabı həbs edənlərə cinayət işi açıldı

Rza Zərrabı həbs edənlərə cinayət işi açıldı
  20 Aprel 2014    Oxunub:1585
Türkiyədə 17 dekabr 2013-cü il korrupsiya əməliyyatı zamanı həbs edilən Rza Zərrab ölkə hakimləri, prokurorlar və polislər barəsində İstanbul Cümhuriyyət Prokurorluğuna şikayət ərizəsi göndərib.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, iş adamının telefonunun qanunsuz olaraq dinlənildiyini öyrəndikdən sonra şikayət ərizəsi ilə prokurorluğa müraciət etdiyi bildirilir. Prokurorluğa təqdim edilən şikayət ərizəsində qeyd olunub ki, Rza Zərrab barəsində qanunsuz yolla araşdırma aparan hakimlər, prokurorlar və polis işçiləri barəsində cinayət işi açılsın.

İstanbul Cümhuriyyət Prokurorluğu tərəfindən məsələ ilə əlaqədar olaraq cinayət işi açılıb.

Qeyd edək ki, bir neçə ay bundan öncə Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin həyat yoldaşı, iş adamı Rza Zərrab 17 dekabr "böyük rüşvət" əməliyyatında saxlanılıb. Rza Zərrab Türkiyənin İrana çirkli pullar ötürdüyü, qızıl qaçaqmalçılığı etdiyi və digər cinayət xarakterli əməllərdə adının hallandığı iddia edilərək həbs edilib.Daha sonra o şərti azadlığa buraxılıb.


Teqlər:





Xəbər lenti