Yaponiya ABŞ-a zənginləşdirilmiş uran bağışladı

   Yaponiya ABŞ-a zənginləşdirilmiş uran bağışladı
  23 May 2022    Oxunub:1110
Tokioda rəsmi səfərdə olan ABŞ prezidenti Co Bayden və Yaponiyanın baş naziri Fumio Kişida Yaponiyanın üç obyektindən yüksək zənginləşdirilmiş uranın ABŞ-a uğurla təhvil verildiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb. uran Tennessi və Cənubi Karolina ştatlarına mart ayında çatdırılıb, lakin bu barədə yalnız indi məlumat verilib. Energetika Nazirliyi bildirib ki, uranın nəqli Böyük Britaniya ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib.

ABŞ-da material aşağı zənginləşdirilmiş urana qədər təkrar emal ediləcək və ya utilizasiya olunacaq ki, bu da onun əldəqayırma nüvə partlayıcı qurğusunda istifadə edilməsi riskini həmişəlik azaldacaq.

2018-ci ildə ABŞ və Yaponiya arasında atom enerjisindən dinc məqsədlər üçün istifadə haqqında saziş avtomatik olaraq uzadılıb. 1988-ci ildə razılaşdırıldı ki, tərəflərdən biri onun ləğvini elan edənə qədər müqavilənin fəaliyyətini davam edəcək.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Uran  





Xəbər lenti