Ukrayna rusları Rusiyaya birləşmənin əleyhinədirlər – SORĞU
Respondentlərin 15,4 %-i Rusiyaya birləşmənin tərəfdarıdır, 12,5 % tərəddüd edib.
Birləşmə əleyhdarları ən çox Nikolayev vilayətində qeydə alınıb - 85,4 %.
Xerson vilayətində bu rəqəm 84,6%, Dnepropetrovsk vilayətində 84,1 % olub.
Xarkov vilayəti üzrə 65,6 %, Donetsk vilayəti üzrə 52,2 %, Luqansk vilayəti üzrə isə əhalinin 51, 9 %-i birləşmənin əleyhinə çıxıb.
“Rusiya ilə Ukraynanın münasibətlərini necə görmək istərdiniz” sualına rəyi soruşulanların 74,5 % iki ölkəni müstəqil, dost kimi və sərhədləri açıq (vizasız) görmək arzusunda olduqlarını bildiriblər.