ABŞ Ukraynaya daha 40 milyard dollar ayırdı

   ABŞ Ukraynaya daha 40 milyard dollar ayırdı
  21 May 2022    Oxunub:600
ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 40 milyard dollar yardım haqqında qanun layihəsini imzalayıb.
AzVision.az xəbər verir ki, ABŞ-ın Ukraynaya ayırdığı yardım 50 milyard dolları ötüb.

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün əlavə vəsaitin ayrılması təşəbbüsünü ötən həftə, Senat isə mayın 19-da təsdiqləyib. Senatda yekun səsvermə Cozef Baydenin Asiya turuna çıxmasından sonra başa çatıb.

Xatırladaq ki, ABŞ Prezidenti Kiyevə əlavə 33 milyard dollar yardım istədiyi halda Konqres bu məbləği 40 milyard dollara qədər artırıb, hərbi texnika və ərzaq yardımı üçün daha çox vəsaitin ayrılmasını təklif edib. Bunun təxminən 20 milyard dolları birbaşa hərbi yardıma, o cümlədən Ukrayna hərbçilərinin təlimi və təchizatına, həmçinin ABŞ-ın silah ehtiyatlarının artırılmasına yönəldiləcək.

AzVision.az


Teqlər: ABŞ  







Xəbər lenti