Rusiya Ukrayna sərhədində qoşunların olmasını təsdiqlədi

Rusiya Ukrayna sərhədində qoşunların olmasını təsdiqlədi
  19 Aprel 2014    Oxunub:1763
Rusiya prezidenti Prezident Admistrasiyasının mətbuat katibi Dmitri Peskov ABŞ-ın sanksiya təhdidinin qətiliklə qəbuledilməz olduğunu söyləyib.
O bildirib ki, Rusiyanın öz sərhədləri daxilində istədiyini edə biləcəyini qeyd edib. Moskva rəhbərliyinə görə, rus əsgərlərinin Ukraynaya çox yaxın bir bölgədə qərarlaşmasının səbəbi ölkənin təhlükəsizliyini qorumaqdır. Peskov bildirib ki, bu hər suveren dövlətin haqqıdır.

Prezident Admistrasiyasının mətbuat katibi fevral ayında Ukrayna dövlət başçısı Viktor Yanukoviç hakimiyyətinin devrildiyini xatırladıb. Peskov qeyd edib ki, nəticədə köhnə Sovet ölkəsində zor gücünə çevriliş baş verib.

Vaşinqtonda ən üst səviyyədəki səlahiyyətlilərin sanksiya təhdidlərinin ikitərəfli dialoq üçün bir yardım olmadığını deyən Peskov, Rusiya ilə ev tapşırıqlarına nəzarət edilən günahkar bir şagird kimi rəftar edilməsinin qəbul edilməz olduğunu qeyd edib.

Xatırladaq ki, ABŞ və Avropa Birliyi Rusiyadan dəfələrlə sərhəddəki əsgərlərini geri çəkməsini istəyib. Qərb tərəfindən dəstəklənən Kiev rəhbərliyi isə Rusiya tərəfindən təhdid edildiklərini iddia edərək əsgər və silah tələb edib. / Ans-Press


Teqlər:  





Xəbər lenti