Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

   Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı
  19 May 2022    Oxunub:318
2022-ci ilin aprelinə olan məlumata görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 8 min 59 Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır.
Nazirlikdən AzVision.az -a verilən məlumjata görə, bu barədə RQMM-in direktoru Famil Məmmədov “İnsanın İmmunçatışmazlığı Virusunun törətdiyi fəsadlar, sıfır ayrıseçkilik - stiqma və diskriminasiya ilə bağlı maarifləndirmə tədbiri”ndə deyib.

O qeyd edib ki, İİV-ə yoluxanlardan 5 min 611-i kişi, 2 min 448-i qadındır. QİÇS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 1960, İİV infeksiyasından vəfat edən Azərbaycan vətəndaşlarının sayı isə 1181 nəfərdir.

Mərkəzin direktoru deyib ki, Azərbaycan vətəndaşları arasında aşkar olunan halların 37,2 faizi infeksion narkotik istifadəsi nəticəsində baş verib.

AzVision.az

Teqlər:







Xəbər lenti