Azərbaycanlı dindar toyda qohumunu öldürdü
Belə ki, Muğanlı kəndində azərbaycanlıların toy məclisi keçirilib. Toy zamanı 30 yaşlı dindar Nüsrəddin Xıdırovla qohumu 40 yaşlı Oruc Əmiraslanov arasında mübahisə yaranıb. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı Oruc Əmiraslanov söyüş söyüb. Bundan əsəbləşən Nüsrəddin Xıdırov bıçağa əl atıb.
Əsəblərinə sahib ola bilməyən Nüsrəddin Xıdırov qohumunu ürək nahiyyəsindən bıçaqlayıb. Ağır bıçaq yarası alan Oruc Əmiraslanovu həkimlər xilas edə bilməyib.
Qeyd edək ki, Oruc Əmiraslanov iki övlad atasıdır.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.