Timoşenkonun yeni planı

Timoşenkonun yeni planı
  19 Aprel 2014    Oxunub:1228
Timoşenko Donetskdə etirazçılarla “dəyirmi masa” keçirməyi planlaşdırıb.
Ukrayna prezidentliyinə namizəd, sabiq baş nazir Yuliya Timoşenko gələn həftə Donetskdə eritazçılar, ölkənin digər regionlarının nümayəndələri və bütün fraksiyalardan olan siyasətçilərin iştirakı ilə “dəyirmi masa” keçirməyi təklif edib. Azvision.az-ın məlumatına görə, bu barədə onun lideri olduğu “Batkivşina” partiyasının mətbuat xidməti xəbər yayıb.

“Bayramlardan sonra, bütün Ukraynanın iştirak edə biləcəyi böyük dəyirmi masanın təşkil olunmasını təklif etmişəm”– deyə, Timoşenkonu bəyanatında bildirilir.

Qeyd edək ki, cümə günü Donetskdə olan Timoşenko etirazçılarla danışıqlar aparıb. O, danışıqlardan sonra tərəflər arasında kompromisin mümkün olduğunu bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti