Ukraynada Belarus batalyonunun rota komandiri öldürülüb

   Ukraynada Belarus batalyonunun    rota komandiri öldürülüb
  16 May 2022    Oxunub:535
Ukraynada Rusiya qoşunlarına qarşı döyüşən Kastus Kalinovski adına Belarus batalyonunun rota komandiri Pavel "Volat" həlak olub. AzVision.az xəbər verir ki, bu barədə batalyonun sosial şəbəkələrdəki hesabında məlumat yayılıb.
"Bu gün batalyonumuz böyük itki verib. Ukrayna kəndlərindən birinin Rusiya işğalından azad edilməsi əməliyyatı zamanı rota komandiri, bizim batalyonumuzun hərbi qulluqçusu Pavel "Volat” ölümcül yaralanıb. Onu ağır vəziyyətdə xəstəxanaya çatdırsalar da, komandirin həyatını xilas etmək mümkün olmayıb”, - məlumatda deyilir. Qeyd edilir ki, bu, 2022-ci ilin fevralından Ukraynada ruslara qarşı döyüşlərdə həlak olan altıncı belarusludur.


Tural Tağıyev
AzVision.az

Teqlər: Ukrayna   Belarus  







Xəbər lenti