Everestdə faciə - 12 alpinist öldü

Everestdə faciə - 12 alpinist öldü
  19 Aprel 2014    Oxunub:1374
Dünyanın zirvəsi olaraq qəbul edilən Everest Dağında baş verən uçqun nəticəsində altı nəfərin həyatını itirdiyi bildirilib.
AzVision.az Axar.az-a istinadən xəbər verir ki, Turizm Nazirliyinin səlahiyyətli şəxsləri səhər saatlarında 6 min 400 metr yüksəklikdəki düşərgənin yaxınlığında baş verən hadisə nəticəsində 9 nəfərin qar uçqunu altında qaldığını deyib. Ölənlərin və itkin düşənlərin Şerpa qəbiləsindən olan bələdçilər olduğu bildirilib.

Uçqunun bələdçilərin səhər saat 06.30-da alpinistlərin kəndirlərinə nəzarət etdiyi anda baş verdiyi məlum olub. Düşərgədə 8 min 850 metr yüksəkliyindəki zirvəyə dırmanmaq üçün hava şəraitinin düzəlməsini gözləyən yüzlərlə alpinistin olduğu deyilib


Teqlər:





Xəbər lenti