Bələdiyyə sədrini təkləyib döydülər

Bələdiyyə sədrini təkləyib döydülər
  18 Aprel 2014    Oxunub:958
Türkiyədə hakim partiyadan seçilən bələdiyyə başqanı hücuma məruz qalıb.

AzVision.az-ın verdiyi xəbərə görə, Türkiyənin Rizə şəhərinin Çayeli bölgəsinin AKP-dən olan bələdiyyə başqanı Atilla Esmenlə sürücüsü Həsən Esmen 10 nəfərin hücumuna məruz qalıb.

Hadisə gecə saatlarında baş verib. Bölgə müftiliyində təşkil olunan mərasimə qohumu Həsən Esmenlə qatılan bələdiyyə başqanı tədbirdən çıxarkən 10 nəfərin hücumuna məruz qalıb. Hücum edənlər bələdiyyə başqanını döyüblər.

Çayeli Dövlət Xəstəxanasına çatdırılan Atilla Esmen müalicədən sonra xəstəxanadan buraxılıb.

Polis həmin hücumda iştirak edənləri tapmaq üçün əməliyyata başlayıb.

Xatırladaq ki, Atilla Esmen 30 mart tarixində bələdiyyə başqanı seçilib.

Emin


Teqlər:  





Xəbər lenti