`Göz yaşlarına layiq olan səni ağlatmaz` - Markesin gözəl sözləri

`Göz yaşlarına layiq olan səni ağlatmaz` - Markesin gözəl sözləri
  18 Aprel 2014    Oxunub:10440
Məşhur Kolumbiya yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markes bu gecə 87 yaşında dünyasını dəyişib.
Qabriel Qarsiya Markes 6 mart 1927–ci ildə Kolumbiyanın Arakataka şəhərində olub.

1982–ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı laureatına layiq görülüb.

Patriarxın payızı`, `100 ilin tənhalığı`, `Polkovnikə məktub yoxdur` kimi dünya şöhrətli əsəelərin müəllifi ədəbiyyatda yeni cərəyanın - mistik realizmi banisi hesab olunurdu.

AzVision.az məşhur yazıçının fotolarını və aforizmə çevrilmiş sözlərini təqdim edir:

- Bitdiyi üçün üzülmə, olduğu üçün sevin

- Günün birində hamımız əbədi susacağıq. Onun üçün sevdiklərinizə elə indi `Səni sevirəm` deməkdən çəkinməyin.

- Əhəmiyyətli olan həyatda başına nə gəldiyi deyil, nəyi necə xatırladığındır.

- Birlikdə gülmək xoşbəxtlik, birlikdə ağlamaq dostluqdur, birlikdə susmaq sevgidir...

- Xoşbəxtlik üçün istənilən şərtləri tapa bilmirsənsə, tapdığın şərtlərdə xoşbəxt olmağı bacarmalısan.

- Əslində pis insan yoxdur. Kimi varlığı ilə xoşbəxtlik gətirir, kimi də yoxluğu ilə.

- Hətta kədərli olanda da gülümsə. Bəlkə kimsə təbəsssümünə aşiq oldu...

- Münasibəti başladan da qadındır, bitirən də. Amma başladan və bitirən eyni qadın olmaya bilər.

- Nə qədər yaşayacağını bilmirsən. Ona görə də, sarıl sevdiyinə son nəfəsinə kimi.

- Kasıblıq, əlini salanda cibinin boş olması deyil. Çıxardığında tutacaq bir əlin olmamasıdır.

- “Uduzacağını bilə-bilə niyə mübarizə edirsən?” deyən adam öləcəyini bildiyi halda yaşadığını unudub, deyəsən.

- Xeyr, mən varlı deyiləm. Pulu olan kasıb bir adamam. Varlı olmaq və pulu olmaq eyni şey deyil.

- Sevdiyinin bir başqasıyla xoşbəxt olduğunu görməkdən daha ağrılı bir şey varsa, o da sevdiyinin səninlə bədbəxt olduğunu görməkdir.

- Mənə nifrət edənlərə nifrət edəcək vaxtım yoxdur. Çünki mənə dəyər verənləri sevməklə məşğulam.

- Zamanını səninlə keçirmək istəməyənə zamanını xərcləmə.

- Əsla unutmayın ki, evlilikdə ən vacib şey xoşbəxtlik deyil, sabitlikdir.

- “Kaş ki tanımasaydım” dediyim heç kim olmadı. “Kaş ki məni tanımasına icazə verməsəydim" dediklərim oldu.

- Heç kim göz yaşlarına layiq deyil, layiq olan isə səni ağlatmaz.

- Dünya üçün adi bir adam ola bilərsən, lakin bəziləri üçün sən bir dünyasan.

- Bir qapı bağlananda başqası açılar; amma biz bağlanan qapıya o qədər baxırıq ki, açılan yeni qapını görmürük.

- Səni sən olduğun üçün deyil, səninlə birlikdə mənim mən olduğum üçün sevirəm.

- İtirəcək bir şeyi olmayanlardan qorxmalısan. Çünki onlar, qazanmaq üçün hər şeyi edərlər.

- Bir insanın ən böyük səhvi özünə layiq olduğundan daha az dəyər verməkdir.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti