Təmsilçimiz "Avroviziya"da ilk məşqinə mayın 2-də çıxacaq

   Təmsilçimiz "Avroviziya"da ilk məşqinə mayın 2-də çıxacaq
  21 Aprel 2022    Oxunub:1075
"Avroviziya 2022" mahnı müsabiqəsinin məşqlər cədvəli ictimaiyyətə təqdim olunub.
AzVision.az xəbər verir ki, ölkəmizi təmsil edən Nadir Rüstəmli 2 may tarixində Bakı vaxtilə təxminən saat 14:00-da ilk məşqi üçün səhnəyə çıxacaq.

Təmsilçimizin ikinci məşqi isə 5 may Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. İlk məşqlər ictimaiyyətə və jurnalistlərə qapalı olacaq və 3 mayda yekunlaşacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti