Hesaplama Palatası ciddi pozuntular aşkarlayıb

Hesaplama Palatası ciddi pozuntular aşkarlayıb
  20 Aprel 2022    Oxunub:1313
2021-ci ildə aparılmış bəzi nəzarət tədbirlərinin nəticələri kənar dövlət maliyyə nəzarətinin obyekti olan qurumlarda dövlət qulluğu ilə bağlı mövcud qanunvericiliklə müəyyən edilmiş normativ tənzimlənmənin icrasının bir sıra ciddi pozuntularla həyata keçirildiyi müşahidə edilib.
AzVision.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə Hesablama Palatasının 2021-ci ildəki fəaliyyətinə dair hesabatını təqdim edərkən deyib.

Onun sözlərinə görə, bu pozuntuları qəbul prosedurlarından keçmədən qulluğa qəbul, müvafiq iş stajının olması tələbinə əməl edilməməsi, əmək münasibətlərinə dair informasiya sistemində qeydiyyatdan keçmədən əmək müqaviləsinin bağlanması kimi xarakterizə etmək olar.

AzVision.az




Teqlər:





Xəbər lenti