Sağlamlıq imkanları məhdud şəxslərin təhsilində yenilik

   Sağlamlıq imkanları məhdud şəxslərin təhsilində yenilik
  18 Aprel 2022    Oxunub:978
Sağlamlıq imkanları məhdud şəxslər sağlam şəxslərlə birgə təhsil alacaq.
AzVision.az -ın xəbərinə görə, bununla bağlı “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilir.

Belə ki, qanun layihəsi təhsil müəssisəsinin tipləri və növləri konkretləşdirilməklə hər iki qanunun normaları bir-birinə uyğunlaşdırılaraq sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılmaqla onların cəmiyyətə uyğunlaşması istiqamətində sağlam şəxslərlə birgə təhsil almaqları üçün xüsusi şəraitin yaradılmasının təmin edilməsi məqsədini daşıyır.

AzVision.az


Teqlər: Sağlamlıq   Təhsil  





Xəbər lenti