Rusiyanın adamlarının qiyməti: günə 200-500 dollar
“Ukraynanın şərq bölgələrində separatçı şüarlar altında fəaliyyət göstərən terrorçuların maliyyələşdirilməsini təşkil edən və hazırda da təmin edən Rusiya banklarından birinin rəhbər şəxsləri barəsində cinayət icraatı başlanıb”, deyə qurumun mətbuat xidmətinin açıqlamasında bildirilir.
Ukrayna xüsusi xidmət orqanının məlumatına görə, 2014-cü ilin mart-aprel ayları ərzində qeyd olunan bankın Kiyevdə yerləşən mərkəzi ofisinin vəzifəli şəxsləri vətəndaşlara qarşı zor tətbiq edən, dövlət əmlakına ziyan vuran və dövlət obyektlərini zəbt edən terrorçu qrupların təşkilatçılarını maliyyələşdiriblər.
Faktla bağlı Ukrayna CM-in 285-5-ci maddəsi ilə (terrorçuluğun maliyyələşdirilməsi) cinayət işi başlanıb. / APA
Teqlər: