Media stressi: “Xəbər - təlaşlan - gəbər”
// Bu üçbucaqdan necə qurtulmaq olar?!
Bütün bu axını olduğu kimi qəbul etsəniz, özünüzə zərər vura bilərsiniz. İştah və yuxu, əsəbilik və ya apatiya, yüksək qan təzyiqi, stress, ümidsizlik hissləri, “panik atak”larla bağlı problemlər olacaq. Gündəmi müzakirə etmək, kimin haqlı olduğunu aydınlaşdırmaq ailə, dostlar və tanışlarla mübahisə ehtimalını da artırır. Hər kəsin özünə görə kritik məlumat kütləsi var, lakin həyəcanlı xəbərlərin nəzarətsiz istehlakından özünüzü qorumalısınız. Necə?
• Xəbərləri oxumaq və müzakirə etmək üçün gündə 15-30 dəqiqə vaxt ayırın. Ən uyğunsuz vaxt yatmazdan qabaqdır, günorta saatları daha yaxşıdır.
Məlumat axınını məhdudlaşdırmaq mümkün deyil, lakin ona qoşulduqda seçim etmək olar. Xəbər axınından tamamilə yayınmaq da mümkün deyil. Çünki bilməmək də narahatlıq yaradır. Bizə “dozalı maariflənmə” lazımdır. İnformasiya səs-küyünü azaltmaq daha yaxşıdır - məsələn, gündə yarım saata qədər. Yalnız xəbərləri oxumağı deyil, narahatlıq prosesini də məhdudlaşdıra bilərsiniz. Bu emosiyalarınız üçün gündə 20 dəqiqə vaxt ayırın.
• Daim böhran haqqında danışmaq da narahatlıq hissi yaradır. Yeni məlumatları müzakirə etmək üçün nə vaxt və nə qədər vaxt ayıracağınıza yaxınlarınızla birlikdə qərar verin. Məsələn, bu, səhərlər 20 dəqiqə ərzində ola bilər.
• Rəsmi xəbərləri oxumaq cansıxıcıdır, çünki onlar emosiyaya deyil, məntiqə əsaslanır və yalnız faktları bildirir. Amma bu, psixika üçün sosial şəbəkələrdəki dostların emosional yazılarından daha təhlükəsizdir.
Hər zaman xəbər lentində olsaq, bizdə hər şeyin durduğu, həyatın dayandığı duyğusu yaranacaq. Buna görə də, qalan şeylər üçün məkan boşaldın. Bunu etdikdə, başqa işlərlə də məşğul ola biləcəksiniz.
Başqasının emosional reaksiyası sizinkindən fərqli ola bilər. Birinin fikrilə razı deyilsinizsə və mübahisə etmək istəyirsinizsə, bunu unutmayın. Emosional resurslara qənaət etmək müdrik qərardır, çünki onları bərpa etmək çox çətindir.
• Xəbərləri oxuyarkən daha az narahat olmaq üçün özünüzdən soruşmalısınız:
- "Bunun mənə və ailəmə nə dəxli var?" Xəbər mücərrəd təhlükə və ya birbaşa sizinlə əlaqəli olmayan bir şey haqqındadırsa, lenti sərbəst çevirə bilərsiniz.
- "Mən bununla bağlı nəsə edə bilərəmmi?" Situasiyaya heç bir şəkildə təsir edə bilmirsinizsə, bu barədə narahat olmağın mənası yoxdur. Səyləri real hərəkətlərə yönəltmək daha yaxşıdır.
- "Bu, proqnozdur, fərziyyədir, rəydir, yoxsa kiminsə analizidir?" Hər hansı ekspertin, hətta ən səriştəlisinin rəyi səhv ola bilər. Yaxud analitik şərhlərin natamam və ya səhv məlumatlara əsaslanması mümkündür.
Xəbər daycestlərini və axşam xülasələrini oxumağa vərdiş edin. Belə çıxacaq ki, kimsə sənin yerinə əsas işi görüb - gündəmdən ən vacib olanı seçib. Xırda xəbərlər lazımsız informasiya küyü yaradır və onlara reaksiya enerjinizi boş yerə sərf etməkdir.
Xəbərləri izləməyə sərf etdiyiniz vaxtdan kəsib başqa, daha faydalı işlərə yönəldin. Məsələn, ayın sonuna qədər yeni bir bacarıq öyrənin. Bu, heç bir şeyin dəyişməməsi hissindən qurtulmağa kömək edir. Uğurlu fəaliyyətlər həyatınıza nəzarət hissini bərpa etmək üçün yaxşı yoldur.
Nadir Qocabəyli hazırladı
AzVision.az
Teqlər: Media-stressi