Qalkindən Ukrayna müharibəsi ilə bağlı təsirli paylaşım - VİDEO

   Qalkindən Ukrayna müharibəsi ilə bağlı təsirli paylaşım -    VİDEO
  12 Aprel 2022    Oxunub:2239
Məşhur rusiyalı şoumen Maksim Qalkin Ukraynada davam edən müharibənin acı nəticələri barədə diqqət çəkən paylaşım edib. AzVision.az xəbər verir ki, o, mariupollu bir qızın acı hekayəsini paylaşıb.
Rusiyalı sənətçi "İnstaqram" səhifəsində sosial şəbəkələrin fenomeninə çevrilmiş balaca Kira Çebenko ilə bağlı videonu izləyicilərinə təqdim edərək onun acısını bölüşüb. Qız videoda anası ilə şəhərdən necə qaçdıqlarını və necə sağ qalmalarını danışır.

Qalkin qeyd edib ki, o, uzun illərdir televiziyada uşaqlara bağlı veriliş aparır, onlarla danışır, lakin uşaqlar bu qız kimi dəhşətlər yaşamamalıdır.

- Mən çoxlu gözəl uşaq nağılları eşitmişəm. Uşaqlar belə yaşamamalıdırlar. Uşaqlar balaca həyatlarından belə hekayələr danışmamalıdırlar. Bu ukraynalı qız qətiyyən heç kimə hücum etmək fikrində deyildi, - Maksim deyib.

Tural Tağıyev

AzVision.az



Teqlər:





Xəbər lenti