Deputat ADP-yə cavab verdi

Deputat ADP-yə cavab verdi
  15 Aprel 2014    Oxunub:1999
“Hər kəsin öz qərarı olduğu kimi, mənim də öz qərarım var”.
Bunu millət vəkili Sabir Hacıyev Azərbaycan Demokrat Partiyası (ADP)-nin toplantısında deputatlar Sabir Hacıyev, Eldar İbrahimov və Mixail Zabelin barəsində Milli Məclisin ölçü götürməsi ilə bağlı qəbul etdikləri qərara münasibət bildirərkən deyib.

AzVision.az-a açıqlama verən millət vəkili bildirib ki, AŞPA-da baş tutan çıxışda dövlətçiliyə zidd heç bir fikir səsləndirilməyib:

“Hər kəs nə istəyir, özü üçün söyləyə bilər, mən öz fikrimi söyləyirəm, başqası öz fikrini. AŞPA- çıxış edib, fikirlərimizi səsləndirmişik. Həmin fikirlər də AŞPA-nın saytında öz əksini tapıb. Dövlətçiliyin bura nə dəxli var ki. Orada Ukrayna məsələsi ilə bağlı öz mövqeyimizi göstərmişik, məsələ gündəlikdə var idi, nümayəndə heyəti öz mövqeyini göstərib”.

Qeyd edək ki, aprelin 14-də ADP İdarə Heyətinin toplantısı keçirilib. ADP rəhbərliyi Ukraynada baş verən hadisələrə dövlətçilik maraqlarından zidd mövqe nümayiş etdirən deputatlar Mixail Zabelin, Eldar İbrahimov və Sabir Hacıyevin hərəkətlərinə siyasi və hüququ qiymətin verilməsinin vacibliyini qeyd edib. İdarə Heyəti Milli Məclis sədrini üç deputat barədə ölçü götürməyə çağırıb.

Nihadə


Teqlər:  





Xəbər lenti