Qızının boşanmasını dərd edən ana intihar etdi

   Qızının boşanmasını dərd edən ana intihar etdi
  07 Aprel 2022    Oxunub:813
Quba rayonunda intihar hadisəsi olub.
AzVision.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Quba şəhəri 29-cu kvartalda yaşayan 1968-ci il təvəllüdlü Gülnarə Məmmədova özünü asaraq intihar edib. Onun meyitini ailə üzvləri mənzilin zirzəmisində naqildən asılı vəziyyətdə aşkar ediblər.

İlkin araşdırmalar zamanı məlum olub ki, ailəli, 2 uşaq anası və ali təhsilli olan G.Məmmədova son aylarda depressiv vəziyyətdə olub. Belə ki, 54 yaşlı qadın qızının boşanmasını qəbul edə bilməyib və dərin psixoloji sarsıntı keçirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər: İntihar  





Xəbər lenti