Bakı-Moskva uçuşlarının qiyməti düşdü

Bakı-Moskva uçuşlarının qiyməti düşdü
  14 Aprel 2014    Oxunub:1822
"Azərbaycan Hava Yolları” Bakı-Moskva/Moskva-Bakı istiqamətindəki aviabiletlərin qiymətini aşağı salıb.
"Azərbaycan Hava Yolları” Bakı-Moskva/Moskva-Bakı istiqamətindəki aviabiletlərin qiymətini aşağı salıb. Aviaşirkətin məlumatına görə, hazırda yığım və rüsumlar daxil olmaqla Bakıdan Moskvaya uçuşun qiyməti 179 Avro, Moskvadan Bakıya isə 141 Avro təşkil edir.

Gediş-qayıdış yığım və rüsumlar daxil olmaqla Bakı-Moskva-Bakı, Moskva-Bakı-Moskva reyslərinin qiyməti isə сəmi 320 Avrodur.

Qeyd edək ki, bu biletlərin bu qiymətlərlə satışı və uçuşlar 15 aprel - 20 may tarixlərini əhatə edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti